Zelenskidən Putinin sülh təklifinə CAVAB
    • 14-06-2024, 18:30
    • 322

Zelenskidən Putinin sülh təklifinə CAVAB

Ukrayna Rusiya prezidenti Vladimir Putinin təklif etdiyi şərti sülh təklifinə qarşı çıxıb.

News24.az xəbər verir ki, Putin bugünkü bəyanatında bildirib ki, əgər Ukrayna NATO məqsədlərindən əl çəksə və Moskvanın iddia etdiyi Ukraynanın dörd bölgəsindən qüvvələrini çıxarsa, Rusiya atəşi dayandıracaq, sülh danışıqlarına başlayacaq.

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya lideri Putinin bəyanatını “ultimatum” kimi şərh edib. "Biz bu mesajlara etibar etməməliyik", - Zelenski əlavə edib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Putinin sözlərini “manipulyasiya bəyanatı” kimi qiymətləndirib və onların sülhə nail olmaq üçün diplomatik səylərə zərbə vurduğunu bəyan edib.

“Onun tərəfdaşları ilə İkinci Dünya Müharibəsindən bəri ən böyük silahlı təcavüzü planlaşdıran, hazırlayan və həyata keçirən Putinin özünü sülhməramlı kimi təqdim etməsi absurddur”, - deyə Kuleba bildirib.

Ukraynanın vitse-prezidenti Mixailo Podolyak Reuters-ə verdiyi açıqlamada, "Putinin bəyanatı ilə Ukraynadakı şərtlər arasında uzlaşma tapmaq üçün heç bir yol yoxdur" deyib.

Podolyak deyib: “Putin Ukraynaya məğlubiyyəti qəbul etməyi, Ukraynanın regionlarını qanuni olaraq Rusiyaya verməklə geosiyasi suverenliyindən imtina etməyi təklif edir.

Günel Məlikzadə