Aİ-dən Ukrayna Sülh Sammitinə tam dəstək
    • 28-05-2024, 17:09
    • 239

Aİ-dən Ukrayna Sülh Sammitinə tam dəstək

Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Peter Stano gündəlik mətbuat konfransında gələn ay İsveçrədə keçiriləcək Ukrayna Sülh Sammiti ilə bağlı sualları cavablandırıb.

News24.az xəbər verir ki, Stano, "Aİ İsveçrənin gələn ayın ortalarında keçirəcəyi sülh sammitini tam dəstəkləyir" deyib və davam edib:

"Bu sammitin məqsədi bizim üçün çox vacibdir, çünki biz onu gələcək sülh prosesi üçün ilham mənbəyi kimi görürük. Aİ olaraq, mümkün olan ən geniş təmsilçiliyi təmin etmək üçün bütün dünyada tərəfdaşlarımızla intensiv işləyirik. Hazırda 70-dən çox ölkə iştirak etməyə söz verdilər”

Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə alternativ sammitlər təşkil etmək səylərinə də toxunan Stano, “Putinin sammitin effektivliyinə xələl gətirmək cəhdləri və ya paralel fəaliyyətləri onun sammitdən nə qədər qorxduğunu göstərir” deyib.

Ukrayna prezidenti Vladimir Zelenski bu gün Brüsseldə verdiyi açıqlamada bütün liderlərin, xüsusən də ABŞ prezidenti Co Baydenin və Çinin sədri Si Jinping-in sammitdə iştirakını gözlədiyini bildirib.

Zelenski hesab edir ki, Baydenin sammitə qatılmaması Putini “alqışlamaq” anlamına gələcək.

Günel Məlikzadə