Ərdoğan G7 sammiti üçün İtaliyadadır
    • 14-06-2024, 18:34
    • 290

Ərdoğan G7 sammiti üçün İtaliyadadır

İtaliyanın Bari şəhərində dünya liderlərinin iştirak etdiyi G7 sammiti davam edir.

News24.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyada keçirilən G7 sammitinin ikinci günündə keçirilən sessiyada iştirak etmək üçün İtaliyaya gedib.

İtaliyanın baş naziri Giorgia Meloni sammitə gələn liderləri bir-bir qarşılayıb.

Prezident Ərdoğan da Meloni ilə əl sıxaraq mətbuat mənsublarına pozalar verib.

Qeyd edək ki. G7-nin Afrika və Aralıq dənizi-Süni İntellekt və Enerji Yüksək Səviyyəli Sessiyasına qatılan Ərdoğan daha sonra Qəzza üçün daimi atəşkəslə bağlı çıxış edəcək və açıqlamalar verəcək.

G7 liderləri bu gün bəyannamə layihəsini dərc ediblər.

Bəyannamənin əsas maddələri Ukraynadakı müharibə ilə bağlı Rusiya və Çinə qarşı tədbirlərin davam etdirilməsinə yönəlib.

Onu da bildirək ki, Ərdoğan burada ABŞ prezidenti Co Baydenlə də söhbət edib.

Günel Məlikzadə