Türkiyədə yanğınsöndürən amfibiya təyyarəsi gölə düşərək batdı
    • 14-06-2024, 18:45
    • 233

Türkiyədə yanğınsöndürən amfibiya təyyarəsi gölə düşərək batdı

Türkiyədə amfibiya yanğınsöndürən təyyarə gölə düşərək batıb.

News24.az APA-ya istinadən bildirir ki, hadisə Aydın bölgəsində baş verib.

Belə ki, meşə yanğınlarının söndürülməsində iştirak edən təyyarə Bafa gölünə sərt eniş edib və batmağa başlayıb.

Ekipaj üzvləri xilas edilib.