FHN-in amfibiya təyyarəsi Türkiyəyə yola düşdü
    • 23-06-2022, 17:24
    • 284

FHN-in amfibiya təyyarəsi Türkiyəyə yola düşdü

Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşüb.

Bu barədə News24.az FHN-dən bildirilib.

Qeyd edək ki, Türkiyə Respublikasının Muğla bölgəsində hazırda meşə yanğınları davam edir.