Şəkidə iki avtomobil toqquşdu
    • 15-06-2024, 23:37
    • 220

Şəkidə iki avtomobil toqquşdu


Şəkidə iki avtomobil toqquşub.

News24.az "Unikal"a istinadla xəbər verir ki, hadisə Şəki rayonunun Qoxmuq kəndində  baş verib. Belə ki, "Nissan" markalı avtomobil arxadan "VAZ" markalı avtomobilə dəyib. Həmin "VAZ" markalı avtomobil mağazanın qabağında dayanan piyada 1979-cu il təvəllüdlü Davudov Qəhrəman Şamil oğluna xəsarət yetirib.

Xəsarət alan 45 yaşlı kişi Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.