"Eurovision 2019”: Çingiz Mustafayev bu gecə səhnəyə çıxacaq
    • 16-05-2019, 19:20
    • 1 179

"Eurovision 2019”: Çingiz Mustafayev bu gecə səhnəyə çıxacaq

Dünyanın diqqəti yenə İsraildə - “Eurovision 2019” musiqi yarışmasındadır. Bu da səbəbsiz deyil. Çünki planetimizin ən böyük miqyaslı musiqi yarışması məhz “Eurovision”dur.

News24.az-ın Təl-Əvivə ezam olunmuş əməkdaşlarının verdiyi məlumata görə,  bir neçə saatdan sonra sözügedən yarışmanın daha bir önəmli ələməsi baş tutacaq. Nəticədə final mərhələsinə qatılacaq iştirakçıların tam siyahısı bəlli olacaq.

Azərbaycanı yarışmada təmsil edən Çüngiz Mustafayev bu gecə səhnəyə 18-ci iştirakçı kimi çıxacaq.

Xatırladaq ki, bu günkü mərhələdə 18 ölkənin iştirakçısı öz performanslarını nümayiş etdirəcəklər.