Bu ölkəni “Eurovision 2019”da bacılar təmsil edəcək – FOTO - VİDEO
    • 23-02-2019, 14:03
    • 866

Bu ölkəni “Eurovision 2019”da bacılar təmsil edəcək – FOTO - VİDEO

Eurovision 2019-da iştirak edəcək daha bir ölkənin təmsilçisi bəlli olub.

News24.az xəbər verir ki,  ötən gün Almaniyada baş tutan “İsrail üçün mahnımız” adlı milli seçim turunda 6 rəqibini keçərək ölkəni musiqi müsabiqəsində təmsil etmək hüququnu “S!sters” qrupu qazanıb.

Karlotta Traman və Laura Kasteldən ibarət qrup elə adlarına layiq “Sister” mahnısı ilə çıxış edəcəklər.

Qeyd edək ki, almaniyalı təmsilçilər “Eurovision 2019”-un final günü səhnəyə çıxacaq.

Teymur MƏMMƏDOV