Çingiz Mustafayev dünya azərbaycanlılarına səsləndi: “Səs verin, dua edin, mənimlə olun”  - VİDEO
    • 18-05-2019, 17:49
    • 924

Çingiz Mustafayev dünya azərbaycanlılarına səsləndi: “Səs verin, dua edin, mənimlə olun” - VİDEO

Bu gecə Bakı vaxtı ilə saat 23.00-da İsraildə Expo Tel-Əviv səhnəsində “Eurovision 2019” musiqi yarışmasının final mərhələsi baş tutacaq. 

Bir neçə saatdan sonra Azərbaycan təmsilçimiz Çingiz Mustafayev bu möhtəşəm yarışmada ölkəmizi təmsil edəcək. 

20 –ci olaraq səhnəyə çıxacaq sənətçi News24.az- vasitəsylə dünya azərbaycanlılarına səslənib. Hər kəsdən bu gecəki çıxışında ona dəstək olmalarını istəyib: “Rahatam, sakitəm. Çünki içimdə böyük inam var, sevgi var. Allahım və millətim bu çətin gündə məni tək qoymayacaq. Ona görə də bütün dünya azərbaycanlılarına müraciət edirəm. Səs verin, dua edin, mənimlə olun. Mənimlə olun ki, bu qələbəni Azərbaycana gətirə bilək”.