-
- 17-06-2024, 08:21
- 9 240
Alimlər uzunboyluluğun sirrini tapdı
Cenevrə Universitetinin tədqiqatçıları genomda sümüklərin inkişafına cavabdeh olan genləri tənzimləyən 2700 gücləndirici müəyyən ediblər.
News24.az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə məlumat "Nature Communications" jurnalında dərc olunub.
Alimlər siçan embrionlarından istifadə edərək sümük hüceyrələrində gücləndiricilərin fəaliyyətini izləyib, onların genlərin tənzimlənməsində rolunu müəyyənləşdiriblər.
Araşdırmalar göstərib ki, bu genlərdəki dəyişikliklər insan boyu fərqlərini izah edə bilər və bəzi sümük qüsurlarının əsasını təşkil edə bilər.
Alimlər qeyd edir ki, tədqiqatda istifadə edilən innovativ yanaşma inkişaf pozğunluqları haqqında bildiklərimizi dəyişdirə biləcək, kodlaşdırma genlərindən başqa genetik mexanizmlərə dair yeni anlayışlar təqdim edəcək.