80 yaşlı qadını qatar vurdu
    • 17-06-2024, 10:16
    • 130

80 yaşlı qadını qatar vurdu

Tümen vilayətində təqaüdçünü qatar vurub

News24.az bildirir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Mərkəzi Regionlararası İstintaq İdarəsi məlumat yayıb.

Hadisə Sverdlovsk dəmir yolunun Podem stansiyasında baş verib. 80 yaşlı təqaüdçü dəmir yolu relslərindən keçərkən onu qatar vurub. Relsin üzərində qadını görən sürücü təcili əyləci bassa da, toqquşmadan yayına bilməyib.

Müstəntiqlər hadisənin baş vermə şəraitini müəyyənləşdirirlər.

Nəzrin