Elektrik qatarı kişi və qadını VURDU
    • 12-09-2023, 15:57
    • 208

Elektrik qatarı kişi və qadını VURDU

Moskva yaxınlığındakı Bolşevo dəmir yolu vağzalında elektrik qatarı bir nəfəri vuraraq öldürüb.

News24.az xəbər verir ki,  Rusiya İstintaq Komitəsinin Qərb MSUT məlumat yayıb.

İdarədən verilən məlumata görə, mərhum müəyyən edilməmiş yerdə relsləri keçib.

Bundan başqa, Xoroşovo dəmir yolu vağzalında 1942-ci il təvəllüdlü qadını qatar vurub.

Hər iki faktla bağlı istintaq-əməliyyat tədbirləri başlayıb.

Aynurə