Qatar məktəbli qızı vurdu
    • 2-03-2024, 17:30
    • 151

Qatar məktəbli qızı vurdu

Rusiyanın Novosibirsk şəhərində olan məktəbli qız dəmir yolu relslərini keçmək istəyərkən elektrik qatarının altına düşərək ölüb.

News24.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Şərq Regionlararası Nəqliyyat İdarəsi məlumat yayıb.

Məlumata görə, hadisə martın 2-də saat 11:00 radələrində şəhərin Pervomayski rayonundakı Matveevka stansiyasında baş verib. On dörd yaşlı qız xüsusi platformada relsləri keçərkən şəhərətrafı qatar onu vurub. Hadisə şahidləri iddia edirlər ki, yeniyetmə qulaqcıqsız olub və ətrafa baxırdı, lakin yenə də qatarın qabağına qaçmaq qərarına gəlib.

Qızın rəfiqəsinin dediyinə görə, o, qatarı qaçırmaqdan qorxduğu üçün tələsirmiş.

Yol hərəkəti və dəmir yolu nəqliyyatının istismarı qaydalarının pozulması ilə bağlı iş açılıb.

Mehriban Mirzəzadə