Qatar 19 yaşlı tələbə qızı VURDU
    • 16-11-2023, 21:39
    • 263

Qatar 19 yaşlı tələbə qızı VURDU

Sankt-Peterburqda elektrik qatarı 19 yaşlı qızı vurub.

News24.az xəbər verir ki, bu barədə Fontanka məlumat yayıb.

Hadisə Sankt-Peterburqun "Volkovskaya" stansiyasında baş verib. Qulağına qulaqcıq taxaraq dəmir yolu relslərini səhv yerdə keçən qənc qız qatarın səsini eşitməyib.

Qatar sürücüsü təcili əyləci tətbiq etsə də, toqquşmadan yayına bilməyib. 

İlkin məlumata görə, qızın ayaqları zədələnib və diz nahiyəsindən amputasiya olunub.

Aynurə