"Oğlum 5 ilə hər şeyə qarışacaq" - VİDEO
    • 17-06-2024, 13:30
    • 225

"Oğlum 5 ilə hər şeyə qarışacaq" - VİDEO

"Oğlum hələ ki, geyimlərimə qarışmır, amma qızım geyimlərimə qarışır".

News24.az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu "Maqazin plus" verilişinə müsahibəsində deyib.

İfaçı oğlu Əlidən danışıb:

"İnanıram ki, 5 il sonra o mənə qarışacaq, sözünü də möhkəm deyəcək. Arada məni futbola da aparır, futbol oynadır mənə. Uşaqlarıma vaxt ayırıram, amma istəyərəm ki, daha çox vaxt ayıram. İşimlə bağlı çox da maraqlana bilmirəm".

Qeyd edək ki, Şəbnəm Tovuzlunun iki övladı var. Onun qızı hazırda tələbədir. Həmçinin ötən il nişanlanma xəbəri ilə də gündəm olub. O¸ Şəbnəmin ilk evliliyindən dünyaya gəlib.