Ərdoğan: İsrail gözünü Livana dikib
    • 26-06-2024, 13:23
    • 156

Ərdoğan: İsrail gözünü Livana dikib

Türkiyə Prezidenti və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan partiyasının TBMM Qrup Toplantısında çıxış edir.

News24.az NTV-yə istinadən xəbər verir ki, Ərdoğanın açıqlamalarından diqqət çəkən məqamlar belədir:

"İsrail bu bayramda da qan tökməyə davam etdi. İsrailin vəhşiliyinin qurbanı olan 38 mindən çox fələstinli şəhidimizi rəhmətlə yad edirəm. Necə ki, atalarımız tarix boyu Fələstini, Türkiyə Cümhuriyyəti də yarandığı gündən Fələstini qoruyub.

Türkiyədə bəzi insanlar fərqli siyasi karyera üçün icazə gördükləri Avropadan fərqli danışa bilər. Amma biz qatillərə qarşı, həm daxildə, həm də xaricdə həqiqəti söyləyəcək günahsız insanların yanında olacağıq. Heç kim bizdən qlobal sionist şəbəkənin təzyiqinə boyun əyməyimizi və ya zalımlara qarşı durmağımızı gözləməməlidir. İsrailin korlanmasına ən təsirli cavabın Fələstin dövlətinin tanınması olduğunu vurğuladıq. Belə görünür ki, Qəzzanı viran qoyan İsrail indi gözünü Livana dikib. Biz görürük ki, Qərb gücləri pərdə arxasında İsrailin kürəyini sığallayır. Netanyahunun Qərbin razılığı ilə müharibəni bölgəyə yaymaq planları böyük fəlakətə gətirib çıxaracaq. Türkiyə qardaş Livan xalqının və dövlətinin yanındadır".

Günel Məlikzadə