Zərgərlik mağazasına DƏHŞƏTLİ HÜCUM – 2 nəfəri belə öldürdü – ANBAAN VİDEO
    • 17-06-2024, 16:46
    • 345

Zərgərlik mağazasına DƏHŞƏTLİ HÜCUM – 2 nəfəri belə öldürdü – ANBAAN VİDEO

Türkiyənin Şanlıurfa vilayətində zərgərlik mağazasında yaşanan dəhşətli hadisənin görüntüləri ortaya çıxıb.

News24.az medianews.az-a istinadla xəbər verir ki, qızıl mağazasına girərək 2 nəfəri öldürən, 1 nəfəri yaralayan şübhəli həbs edilib.

Ortaya çıxan görüntülərdə maskalı şəxsin mağazaya girərək içəridəkiləri güllələdiyi aydın şəkildə görünür. Daha sonra isə içəridə olan şəxslərdən birinin hücumçunun üzərinə atıldığı görünür. Bir müddət davam edən davadan sonra təcavüzkar həmin şəxsi də vuraraq mağazanı tərk edib.

Hücumda Eyüp Advanlı və Nurullah Tart həyatını itirib, İbrahim Halilullah T. isə yaralanıb.