Həyat yoldaşı ilə mesajlaşan qohumunu belə GÜLLƏLƏDİ - ANBAAN VİDEO
    • 25-04-2023, 16:28
    • 226

Həyat yoldaşı ilə mesajlaşan qohumunu belə GÜLLƏLƏDİ - ANBAAN VİDEO

Türkiyənin Samsun şəhərində bir kişi həyat yoldaşı ilə mesajlaşdığı səbəbiylə qohumunu güllələyərək öldürüb.

News24.az musavat.com-a istinadən xəbər verir ki, cinayət anlarının görüntüləri ortaya çıxıb.

Murat K. adlı şəxs Samsunun Salipazarı mahalının Gökçeli məhəlləsində, 15 İyul Şəhidlər Meydanında yerləşən dönərxananın qarşısında həyat yoldaşı ilə müsajlaşan qohumu 33 yaşlı İbrahim Kəskini tapança ilə öldürüb.

Hadisə zamanı ağır yaralanan İbrahim Keskin aparıldığı Salipazarı Dövlət Xəstəxanasında həyatını itirib. Murat K. hadisədən sonra qaçıb. Ölən İbrahim Kəskinin yaxınları Murat K. ilə İbrahim arasında əvvəllər də üçün mübahisələrin olduğunu bildiriblər.

Dönərxana qarşısında törədilən qətlin təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb. Görüntülərə görə, mağazanın qarşısında bir şəxslə gedən İbrahim Kəskinə yaxınlaşan Murat K. tapançası ilə atəş açır. Araya girən şəxsin mane olmasına baxmayaraq atəş açmağa davam edən Murat K. yerə yıxılan İbrahim Keskinin başına yaxından da atəş açıb.

Hadisədən sonra nəzarətə alınan qətli törətməkdə şübhəli bilinən şəxs məhkəmə tərəfindən həbs edilib.