İlon Mask şok fakt açıqladı: Həmin şəxs sonradan 3 nəfəri öldürdü
    • 26-04-2024, 20:50
    • 142

İlon Mask şok fakt açıqladı: Həmin şəxs sonradan 3 nəfəri öldürdü

Elon Mask “X” şəbəkəsinin bəzi əməkdaşlarını hədələyən və daha sonra 3 nəfəri öldürən şəxs haqda məlumat paylaşıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, Mask "X" sosial media hesabında ABŞ-ın Kaliforniya ştatında cinayətkarlıqla mübarizəni kəskin tənqid edib.

O, polisin onsuz da şikayəti araşdırmayacağını əsas gətirərək rəsmi qurumlara müraciət etmədiklərini, həmin şəxsin daha sonra 3 nəfəri öldürdüyünü bildirib:

“Keçən ilin sonunda bir neçə “X” işçisi San-Fransiskoda “Valgreens”in qarşısında bıçaqla bir adam tərəfindən təhdid edildi. Bu barədə polisə məlumat vermədik. Çünki Kaliforniyada belə cinayətlərə məhəl qoyulmadığını bilirik. Həmin şəxs daha sonra 3 nəfəri öldürdü”.