Ata və anasını öldürməzdən əvvəl sosial şəbəkədə paylaşım etdi
    • 18-06-2024, 08:30
    • 650

Ata və anasını öldürməzdən əvvəl sosial şəbəkədə paylaşım etdi


Ögey anasını öldürən və atasını yaralayan şəxsə ömürlük həbs cəzası istənilib.

News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, Türkiyədə Adana şəhərində baş vermiş cinayət işi ilə bağlı məhkəmə başlayıb.

Yenicə həbsdən çıxan İsmayıl Babat ögey anası Hürü Babatı ov tüfəngi ilə öldürüb, atası Rıfat Babatı isə ağır yaralayıb. Ona bu işdə kömək edən əmisi Adil Babata da eyni ittihamla cinayət işi açılıb.

Hadisənin səbəbi kimi İsmail Babatın atası Rıfatla ögey anası Hürü arasında ailəvi səbəblərdən düşmənçiliyin olması iddia edilir. İddiaya görə, Babat atası Rıfat və onunla görüşmək istəməyən ögey anası Hürü Babatla tez-tez mübahisə edib. 2023-cü ildə İsmayıl Babat atasını və ögey anasını evlərinə gedən yolda pusquya salmaq üçün plan qurub. Hadisə günü atasının avtomobilini görən İsmayıl Babat mindiyi avtomobildən ov tüfəngi ilə onlara dəfələrlə atəş açıb və qaçıb.

Qətldə şübhəli bilinən İ.Babatın cinayəti törətməmişdən öncə bu barədə sosial şəbəkədə paylaşım etdiyi ortaya çıxıb.

Qeyd edək ki, İsmayıl Babat bundan öncə yeznəsi Nuri Özdəmiri tapança ilə qətlə yetirib. O, keçən ilin may ayında şərti azadlığa buraxılıb.