Azərbaycanda nazir müavini işdən çıxdı
    • 18-06-2024, 08:44
    • 1 068

Azərbaycanda nazir müavini işdən çıxdı


Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Nicat Babayev vəzifəsindən azad edilib. 

News24.az TNS-a istinadla xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb. 

Qeyd edək ki, Nicat Babayev 2019-cu ildən 2023-cü ilin mart ayınadək əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb. Ötən il martın 16-da Ceyhun Cəlilov nazir, Nicat Babayev isə nazir müavini təyin edilmişdi.  SEO Xidməti

Nicat Babayevin ABŞ-yə köçdüyü bildirilir.