Xəstəxanada yanğın: Ölənlər var
    • 18-06-2024, 10:26
    • 543

Xəstəxanada yanğın: Ölənlər var

Rəştdə xəstəxanada yanğın baş verib.

News24.az xəbər verir ki, Gilan Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Təqi Aşubi Rəştdəki Qaem xəstəxanasında baş verən yanğında “9 nəfərin” öldüyünü açıqlayıb.

Gilan Baş Hakimi Esmail Sadeghi Niarki də bu xəbəri təsdiqləyərək, "Xüsusi müalicə şöbəsində vəziyyəti ağır olan və xəstəxanaya yerləşdirilən xəstələr dünyasını dəyişib" deyib.

Rəşt yanğınsöndürmə idarəsinin rəisi Şəhram Momeni bildirib ki, yanğın saat 01:30-da başlayıb və 3 saatdan sonra söndürülüb.

Qeyd edək ki, qəzanın səbəbləri araşdırılır.

Günel Məlikzadə