Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı AÇIQLANDI
    • 18-06-2024, 12:29
    • 1 497

Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı AÇIQLANDI

Azərbaycanda taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 5 131-ə çatıb.

News24.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumat yayıb.

"Təlim keçən sürücülərin sayı isə 21 879-a çatıb", - deyə agentlik bəyan edib.