“Qızlarla zarafat edirdim, nə terror?” – Mahaçqalanı ayağa qaldıran şəxs SAXLANILDI
    • 26-06-2024, 21:00
    • 231

“Qızlarla zarafat edirdim, nə terror?” – Mahaçqalanı ayağa qaldıran şəxs SAXLANILDI

Dağıstan polisi ötən gecə zarafatı ilə Mahaçqala şəhərini qorxuya salan 27 yaşlı yerli sakini saxlayıb.

News24.az konkret.az-a istinadla xəbər verir ki, Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qayana Qariyevanın Telegram kanalında verdiyi məlumata görə, polisə terror təhlükəsi ilə bağlı zəng daxil olub:

“Ötən gecə Mahaçqaladakı partkların birində qara rəngli yolsuzluq avtomobili görünüb. Maşındakı üç nəfər burada istirahət edən qızlara yaxınlaşaraq onlara buradan uzaqlaşmağı məsləhət görüb. Onlara deyiblər ki, indi burada güclü atışma olacaq”

Dağıstanda baş verənləri nəzərə alan qızlar tərəfindən bu xəbərdarlıqı ciddi qəbul edilib. Qızlar polisə məlumat verdikdən sonra ərazi hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb. “Terror zarafatı” edən şəxsi saxlayan polislər ərazidə hər hansı təhlükəli əlamətlər açşkarlamayıb.

Dindirilmə zamanı kişi üzr istəyib və qızlarla zarafat etmək istədiyini deyib.

Xatırladaq ki, ötən bazar günü Dərbənd və Mahaçqalada faciəli hadisələr baş verib. Hücumlar zamanı 21 nəfər ölüb, 40-dan çox insan yaralanıb. Beş silahlı öldürülüb.