Bu ölkə eynicinslilərin nikahını TƏSDİQLƏDİ
    • 18-06-2024, 12:41
    • 6 832

Bu ölkə eynicinslilərin nikahını TƏSDİQLƏDİ

Tayland Senatı evlilik bərabərliyi qanununu təsdiqləyərək, Asiyada Nepal və Tayvandan sonra eynicinsli nikahları tanıyan üçüncü ölkə olmasına yol açdı.

News24.az xəbər verir ki, bütün yuxarı palata deputatlarının dəstəyini qazanan qanun kralın təsdiqi üçün saraya göndəriləcək. Qanun kral qəzetində dərc edildikdən 120 gün sonra qüvvəyə minəcək.

LGBTQ+ tərəfdarları bu addımı “irəli addım” adlandırıblar, çünki bu, Taylandı Cənub-Şərqi Asiyada nikah bərabərliyi qanununu qəbul edən ilk ölkə edəcək.

Qanun layihəsi fəalların və siyasətçilərin on ildən çox səylərindən sonra qəbul edilib.

Qeyd edək ki, iyunun əvvəlində minlərlə LGBTQ+ fəalı Banqkok küçələrində parad keçirdi. Baş nazir Srettha Thavisin "Qürur Ayı"nı qeyd etmək üçün göy qurşağı rəngli köynək geydi.

Günel Məlikzadə