-
- 29-04-2024, 11:26
- 335
Eynicinsli münasibətlərə görə AĞIR CƏZA
İraq parlamenti ölkədə eynicinsli münasibətləri cinayət hesab edən qanun layihəsini qəbul edib.
News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayb.
Sənədin mətnində qeyd edildiyi kimi, qanun cəmiyyəti mənəvi tənəzzüldən və dünyanı bürümüş homoseksuallığa çağırışlardan qorumaq”məqsədi daşıyır. Agentlik qeyd edir ki, qanun layihəsi əsasən parlamentdə çoxluğu təşkil edən mühafizəkar şiə deputatlar tərəfindən dəstəklənib.
Sənəd eynicinsli münasibətlərə görə 10 ildən 15 ilədək həbs cəzası, həmçinin homoseksuallığı və ya fahişəliyi təbliğ edənlərə 7 il həbs cəzası nəzərdə tutur. Bundan əlavə, qanun transgender keçidini cinayət hesab edir - bunun üçün cəza bir ildən üç ilədək həbs olacaq.
Qeyd edək ki, əvvəlcə qanun layihəsində eynicinsli münasibətlərə görə ölüm cəzası nəzərdə tutulurdu, lakin sonradan bu artıq ləğv edildi. Hüquq müdafiəçiləri qeyd edirlər ki, yeni qanun LGBT insanların hüquqlarını pozur və fundamental insan hüquqlarına ciddi zərbə vurur.
Mehriban Mirzəzadə