Usta aktyor xəstəxanaya yerləşdirildi - FOTO
    • 18-06-2024, 13:45
    • 2 309

Usta aktyor xəstəxanaya yerləşdirildi - FOTO

"Üzüklərin hökmdarı" trilogiyasında "Qandalf" obrazını canlandıran usta aktyor İan Makkellen xəstəxanaya yerləşdirilib. 

News24.az BBC-yə istinadən xəbər verir ki, 85 yaşlı ustad aktyorun rol aldığı teatr tamaşasında dava səhnəsi zamanı müvazinətini itirdiyi açıqlanıb. Məşhur adın səhnəyə yıxıldıqdan sonra qışqırdığı və personalın köməyə tələsdiyi bildirilib.

Qeyd edək ki, İan McKellen xəstəxanaya yerləşdirildiyi üçün Londonun Noël Coward teatrında nümayişin qalan hissəsi ləğv edilib.

Teatr sözçüsü "İanın əhval-ruhiyyəsi yaxşıdır" deyib.

Günel Məlikzadə