Məşhur aktyor xəstəxanaya yerləşdirildi - Tamaşa zamanı... - FOTO
    • 14-03-2023, 08:21
    • 294

Məşhur aktyor xəstəxanaya yerləşdirildi - Tamaşa zamanı... - FOTO

Türkiyəli məşhur aktyor Haluk Bilginer xəstəxanaya yerləşdirilib.

News24.az xəbər verir ki, aktyorun səhhəti "Kundakçı" adlı tamaşanın ikinci pərdəsində ağırlaşıb.

Təcili yardımla xəstəxanaya aparılan Bilginerin huşunun yerində olduğu bildirilib.

Komanda yoldaşları 68 yaşlı Haluk Bilginerin təzyiq problemi olduğunu, özünü yaxşı hiss etdiyini açıqlayıblar. /NTV Türkiye/

Teymur MƏMMƏDOV