Putin Kim Çen Ina avtomobil hədiyyə etdi
    • 19-06-2024, 13:07
    • 352

Putin Kim Çen Ina avtomobil hədiyyə etdi

Rusiya prezidenti Vladimir Putin Kim Çen Ina yeni "Aurus" avtomobili, admiral xəncəri və çay dəsti hədiyyə edib.

News24.az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

O, konkret olaraq Putinə hansı hədiyyələrin verildiyini açıqlamayıb, lakin qeyd edib ki, hədiyyələrdə Rusiya prezidentinin təsviri həkk olunub.