İlham Əliyev ilə Putin görüşəcək
    • 13-09-2022, 18:29
    • 278

İlham Əliyev ilə Putin görüşəcək

Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

News24.az Apaya istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Putin sammitdə Azərbaycan, İran, Türkmənistan, Türkiyə, Qırğızıstan, Hindistan, Pakistan və Çin liderləri ilə görüş keçirəcək.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti sentyabrın 15-də Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək.