İtkin düşən məktəbli qızı öldürüb quyuya atıblar - FOTO
    • 19-06-2024, 15:36
    • 369

İtkin düşən məktəbli qızı öldürüb quyuya atıblar - FOTO

Rusiyanın Kemerovo vilayətinin Kuzbass şəhərində itkin düşən qızın meyiti quyuda tapılıb.

News24.az lent.az-a istinadən bildirir ki, 12 yaşlı məktəblinin meyiti zorakı ölüm izləri ilə Komsomolskaya meydanı yaxınlığındakı tərk edilmiş binanın yaxınlığındakı quyuda aşkarlanıb.

İstintaq Komitəsi adam öldürmə maddəsi ilə cinayət işi açıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Ancaq onun kimliyi barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, məktəbli çərşənbə axşamı səhər saat 10-da ailəsi ilə birlikdə yaşadığı evdən çıxıb və geri qayıtmayıb.