"Galatasaray":
    • 19-06-2024, 15:39
    • 234

"Galatasaray": "Günəş yaxşıların üzərinə yenidən doğacaq"

Türkiyə AVRO-2024 F qrupunun ilk oyununda Mert Müldür, Arda Gülər və Kerem Aktürkoğlunun qolları ilə Gürcüstanı 3:1 hesabı ilə məğlub edib.

News24.az xəbər verir ki, "Qalatasaray" millinin qələbəsini qeyd edərkən, o, sosial media platforması olan X-də paylaşım edib.

Sarı-qırmızılıların paylaşımında aşağıdakı ifadələr yer alıb:

"Bu gün günəş yenidən yaxşıların üzərinə doğacaq!

Qardaşı qardaşa qarşı döyüşdürməyə çalışanlar uğur qazanmaz, yaxşı insanlar yenə qalib gələcək!

Sabahınız xeyir Türkiyə!"

Günel Məlikzadə