-
- 11-04-2023, 17:39
- 225
Almaniya son AES-ləri bağlayır
Almaniya hökuməti enerji böhranına baxmayaraq, nüvə enerjisindən imtina edir.
News24.az xəbər verir ki, ölkə şənbə günü (15 aprel) son üç reaktorun fəaliyyətini dayandırır.
"Almaniyanın cənubunda Ştutqartdan çox da uzaq olmayan Neckar çayının sahilində Baden-Vürtemberqdəki Atom Elektrik Stansiyasından çıxan ağ buxar tezliklə bir xatirə olacaq. Eyni şey daha şərqdə, "Bavariya Isar 2" kompleksi və ölkənin digər ucunda, Hollandiya sərhədindən çox da uzaq olmayan "Emsland" kompleksinə aiddir", məlumatda deyilir.
Xatırladaq ki, Yaponiyada illər əvvəl baş verən Fukuşima AES-də nüvə qəzasından sonra verilən bağlanma qərarı enerji böhranına baxmayaraq dəyişdirilmədi.
Qeyd edək ki, dünyanın digər yerlərində də nüvə enerjisinin yaradılmasına maraq artıb. Almaniyadan başqa, hazırda nüvə enerjisindən 31 ölkədə istifadə olunur və beynəlxalq enerji təşkilatı IEA-nın məlumatına görə, dünya elektrik enerjisinin təxminən 10 faizini o istehsal edir./apa/