Həcc ziyarətində istilərə görə yüzlərlə insan həlak olub
    • 19-06-2024, 20:30
    • 288

Həcc ziyarətində istilərə görə yüzlərlə insan həlak olub

Səudiyyə Ərəbistanında builki Həcc ziyarəti zamanı yüksək temperatur səbəbindən yüzlərlə zəvvar həlak olub. 

News24.az “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə “Wahingtonpost” məlumat yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanı ölənlərin sayı ilə bağlı şərh verməsə də, yüzlərlə insan Məkkənin Əl-Muaisem məhəlləsindəki Təcili Yardım Kompleksində növbəyə düzülərək, itkin düşən ailə üzvləri haqqında məlumat almağa çalışırlar.

Rəsmi olmayan məlumata görə, beş günlük Həcc ziyarəti zamanı ən azı 550 nəfərin öldüyü bildirilir.