Netanyahu hökuməti dağılır?
    • 19-06-2024, 18:07
    • 348

Netanyahu hökuməti dağılır?

İsrail hökumətində koalisiya tərəfdaşı olan Ultra-Ortadoks Yəhudi Şas Partiyası bəyan edib ki, baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətin dağılması an məsələsidir.

News24.az İsrailin dövlət televiziyası KAN-a xəbər verir ki, İsrail parlamenti “Rabbi qanunu” layihəsini geri götürdükdən sonra Şas rəsmiləri Netanyahunun rəhbərlik etdiyi Likud Partiyasını tənqid etməyə başlayıb.

Xəbərə görə, Şas Partiyası İsrail hökumətinin dağılmasının qaçılmaz olduğu barədə xəbərdarlıq edərək, sözügedən qanun layihəsinin geri çəkilməsi ilə bağlı atılacaq addımları müzakirə edəcəyini bildirib.

Xəbərdə dünən gecə Baş nazir Netanyahu ilə Şas lideri Havva Aryeh Deri arasında "çətin" telefon danışığı olduğu, Deri Netanyahunu koalisiyaya nəzarəti itirməkdə və hökumətini Haredi xalqına zərər verməyə başlamaqda günahlandırıb.

Qeyd edək ki, Netanyahu, lehinə səs çoxluğu olmadığı üçün parlamentdə birinci oxunuşda səsvermədən əvvəl ravvin qanunu layihəsini gündəmdən çıxarıb.

Sözügedən qanun layihəsi şəhərlərdə ravvinlərin təyin edilməsi səlahiyyətinin yerli hakimiyyət orqanlarından Şas Partiyasının Maykl Malçielinin nazirliyi yanında Dini Xidmətlər Nazirliyinə verilməsini nəzərdə tutur.

Lakin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin rəhbərlik etdiyi ifrat sağçı Yəhudi Gücü və Likud partiyaları sözügedən qanun layihəsinə qarşı çıxır.

Günel Məlikzadə