Knesset Netanyahunun hökumətinə etimad göstərdi
    • 29-12-2022, 20:44
    • 300

Knesset Netanyahunun hökumətinə etimad göstərdi

İsrail parlamenti (Knesset) 1 noyabr seçkilərinin nəticələrinə əsasən, “Likud” partiyasının lideri Benyamin Netanyahunun yaratdığı hökumətə etimadın lehinə çıxış edib.

News24.az xəbər verir ki, elektron səsvermə zamanı 120 deputatdan 63-ü yeni Nazirlər Kabinetinə etimad göstərilməsinin lehinə, 54-ü əleyhinə səs verib.

Netanyahu artıq İsrailin yeni Baş naziri kimi and içib və nazirlərin andiçmə mərasimi baş tutub.