-
- 30-05-2024, 18:07
- 218
Qants erkən seçkilərin keçirilməsini istəyir
İsrailin Müharibə Nazirləri Kabinetinin naziri Benni Qantsın mərkəzçi partiyası olan Milli Mitinq Partiyası parlamentin buraxılması haqqında qanun layihəsi təqdim edib.
News24.az xəbər verir ki, bəyanatda partiya növbədənkənar seçkilərin keçirilməsi üçün parlamentin buraxılması ilə bağlı səsvermənin keçirilməsini təklif edib.
İsrailin baş naziri Benyamin Netanyahunun partiyası isə Qantsın parlamentdəki çağırışından sonra İsrailin müharibə dövründə birliyə ehtiyac duyduğunu bildirib.
Qeyd edək ki, bu yaxınlarda Qantsın bir neçə gün ərzində İsrailin baş naziri Binyamin Netanyahu hökumətindən geri çəkiləcəyi iddia edilib.
Bildirək ki, bu ayın əvvəlində Benny Qants, Netanyahu Qəzzanın müharibədən sonrakı idarəsi üçün plan təqdim etməsə, İsrail koalisiya hökumətini tərk edəcəyini açıqlayıb.
Günel Məlikzadə