Netanyahu hökumətində çat: Qantz istefa verdi
    • 10-06-2024, 09:31
    • 248

Netanyahu hökumətində çat: Qantz istefa verdi

İsrailin hərbi kabinet nazirlərindən biri olan Benni Qantz fövqəladə vəziyyət hökumətindən istefa verib.

News24.az xəbər verir ki, Qantzın bu istefası onun baş nazir Benyamin Netanyahunun Qəzza müharibəsindən sonrakı planlarını dəstəkləmədiyinin göstəricisi kimi qəbul edilir.

Təl-Əvivdə keçirdiyi mətbuat konfransında bu qərarı çox çətinləşdirdiyini bildirən Qantz, “Təəssüf ki, Netanyahu bizim real qələbə qazanmağımıza mane olur. İndiki böhranın səbəbi budur", deyib.

Erkən seçkilərə çağıran Qantz bəziləri tərəfindən Netanyahunun ən böyük rəqibi kimi görünür.

X platformasından açıqlama verən Netanyahu, "Benni, mübarizədən ayrılmağın vaxtı deyil, güclərimizi birləşdirməliyik" deyib.

Qeyd edək ki, keçmiş Baş Qərargah rəisi və Netanyahunun rəqiblərindən biri olan Qantz, lideri olduğu Milli Birlik Partiyasındakı kreslosunu da tərk etdiyini bildirib.

Bu addım hökumətin buraxılması üçün kifayət deyil. Netanyahu hələ də 120 yerlik İsrail parlamenti Knessetdə 64 yerlə çoxluğa malikdir.

Ancaq bu, Netanyahunu daha da təcrid edir və müharibə davam etdikcə daha çox siyasi parçalanmalar yaradır.

Günel Məlikzadə