-
- 19-06-2024, 22:00
- 1 298
Türkiyənin gizli xəzinəsi - FOTO
Artvinin Şavşat rayonunun Meşeli kəndində yerləşən Şavşat Pəri Bacaları təbii gözəllikləri və bənzərsiz atmosferi ilə təbiətsevərlərin, fotoqrafiya həvəskarlarının diqqətini çəkir.
News24.az xəbər verir ki, uzun illər əvvəl meşə ərazisində baş verən sürüşmə nəticəsində əmələ gələn təbii qayalar, pəri bacalarına bənzəyən görünüşü ilə uçurumun kənarında heyranedici mənzərə təqdim edir.
Şavşat şəhər mərkəzindən təxminən 25 kilometr məsafədə yerləşən təbiət möcüzəsi Karagöl Təbiət Parkına piyada 15 dəqiqəlik məsafədədir.
Yamyaşıl təbiətin ortasında əzəmətlə yüksələn qayalar ziyarətçilərinə füsunkar təcrübə bəxş edir.
Sakitliyi və təbii gözəllikləri ilə bölgə sülh və macəra axtaranların tez-tez getdiyi məkana çevrilir.
Qeyd edək ki, Şavşat Pəri Bacalarının düz üstündə yerləşən Cil'i gölü hələ kəşf edilməmiş təbiət möcüzələrindən biri kimi tanınır.
Savşat Pəri Bacalarını kəşf etdikdən sonra piyada getmək mümkün olan Cil'i gölü təbiətsevərlər üçün marşrut yaradır.
Günel Məlikzadə