Putinin KXDR-ə səfəri başa çatdı
    • 19-06-2024, 21:54
    • 212

Putinin KXDR-ə səfəri başa çatdı


Rusiya Prezidenti Vladimir Putinin Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfəri başa çatıb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, iyunun 19-da günortadan sonra Vladimir Putin Pxenyan hava limanından Vyetnama yola düşüb.

KXDR lideri Kim Çen In Rusiya Prezidentini hava limanından yola salıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin iyunun 19-20-də Vyetnamda dövlət səfərində olacaq.