-
- 19-06-2024, 22:15
- 17 519
Əməkdar artist saçının qurbanı oldu: dərmandan şoka düşdü
Əməkdar artist İlkin Əhmədovun keçirdiyi estetik prosedurdan sonra səhhətində problem yaranıb.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu haqda xanəndə qonaq olduğu "7 Tamam" verilişində danışıb.
Saç tökülməsinə görə həkimlərə müraciət etdiyini söyləyən İ.Əhmədov bildirib ki, bunun qarşısını aldıqda dərmandan şoka düşüb:
"Saç tökülməsinə görə həkimə getdim və mezoterapiya etdirdim, dərmandan şoka düşdüm. Antibiotikə allergiyam var idi. Sonra məni ayıltdılar. Həkimlər də qorxmuşdular. Onlar da məndən soruşanda demişdim ki, heç bir problem yoxdur. Günah məndə oldu".(Bizim.media)