Bu ölkə 50 döyüş təyyarəsi alacaq
    • 20-06-2024, 08:53
    • 352

Bu ölkə 50 döyüş təyyarəsi alacaq

Qərbi Afrika ölkələrindən olan Nigeriyanın silahlı dəstələrlə və terrorla mübarizə çərçivəsində 50 yeni döyüş təyyarəsi alacağı bildirilib.

News24.az xəbər verir ki, Katsina əyalətində qurulan yeni hərbi obyektlərin açılışında Nigeriya Hərbi Hava Qüvvələri komandanı Hassan Bala Abubakar bildirib:

"Ölkənin alacağı yeni təyyarələr arasında 24 M-346 döyüş təyyarəsi, 12 AW109 çoxməqsədli helikopter və bir cüt Casa 295 nəqliyyat təyyarəsi var". 

Təyyarələrin gələn ilə qədər təhvil verilməsinin gözlənildiyini bildirən Əbubəkar, "Təyyarələr son illərdə şimal-qərb və mərkəzi əyalətləri terror törədənlərə və silahlı dəstələrə qarşı hücumlara dəstək üçün istifadə olunacaq" dedi. 

Əbubəkar təyyarələrin hansı ölkədən alınacağı ilə bağlı məlumat verməyib.

Qeyd edək ki, təhlükəsizlik problemlərinin artdığı Nigeriya terror qruplaşmalarına qarşı mübarizə çərçivəsində daha əvvəl Türkiyə və ABŞ-dan döyüş təyyarələri alıb.

Günel Məlikzadə