Hərbi bazaya hücum: Ölənlər var
    • 15-05-2024, 09:12
    • 252

Hərbi bazaya hücum: Ölənlər var

Nigeriya ordusundan verilən açıqlamada silahlı dəstə üzvlərinin Katsina əyalətinin Faskari bölgəsindəki hərbi bazaya hücum etdiyi bildirilib.

News24.az xəbər verir ki, hücumda 5 əsgərin həyatını itirdiyi, 11 əsgərin isə yaralandığı qeyd edilib.

Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumları ilə üzləşib.

Son zamanlar silahlı şəxslərin motosikletlərə hücumu səbəbindən ölkənin bəzi ştatlarında motosikletlərdən istifadə qadağan edilib.

Günel Məlikzadə