Myanma Rusiyadan “Su-30” təyyarələri aldı
    • 10-09-2023, 14:56
    • 169

Myanma Rusiyadan “Su-30” təyyarələri aldı

Myanma Rusiyadan 2 ədəd "Su-30" döyüş təyyarəsi aldığını açıqlayıb.

News24.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Myanma Sənaye naziri Çarli Tan məlumat verib. 

2022-ci ildə Rusiya ilə "Su-30" döyüş təyyarəsinin alınması üçün müqavilə imzaladıqlarını bildirən Than, "Bu çərçivədə 2 təyyarə aldıq", - deyib.

Qalan təyyarələrin nə vaxt alınacağı ilə bağlı məlumatlarının olmadığını da qeyd edib.

Günəş Mərd