Onlar yenidən bir arada
    • 20-06-2024, 23:20
    • 304

Onlar yenidən bir arada

Uşaqlıqdan yaxın dost olan və dəfələrlə eyni layihədə iştirak edən Mett Deymon və Ben Afflekin yeni layihəsi bəlli olub.

News24.az xəbər verir ki, onlara Ən Yaxşı Orijinal Ssenari nominasiyasında Oskar Mükafatını qazandıran və karyeralarına start verən "Good Will Hunting" filmində ilk dəfə birlikdə işləyən Mett Deymon və Ben Afflekin yeni layihəsi məlum olub.

Bu yaxınlarda ulduzların "Heyvanlar" adlı yeni filmdə bir araya gələcəyi açıqlanıb. Ancaq Heyvanlar gözlənildiyi üçün Hollivud ulduzları başqa bir layihədə razılığa gəliblər.

Deymon və Afflek, ssenari müəllifi və rejissoru Co Karnahanın olduğu "RIP" kriminal və triller filmində baş rolda çəkiləcək.

Süjeti gizli saxlanılan filmin çəkilişlərinə bu ilin payızında başlanacağı gözlənilir.

Günel Məlikzadə