“Simpsonlar” gələcəyi necə bilirlər?
    • 11-08-2022, 18:27
    • 456

“Simpsonlar” gələcəyi necə bilirlər?

34  mövsüm davam edən “Simpsonlar” cizgi filmində gələcəkdə baş verəcək hadisələr əks olunur. Bunun necə baş verdiyi izləyicələrdə daim maraq doğurur.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, cizgi filmin prodüserlərindən biri olan Mett Selamn bu barədə açıqlama verib.

Prodüser 34-cü mövsümdə gələcəkdə baş verəcək hadisələri necə təxmin etdiklərini göstərəcəklərini açıqlayıb. Mett bu sezonda da məşhur şəxslərin yer alacağını deyib.

Qeyd edək ki, cizgi filmdə Donald Trampın prezident olması və koronavirus pandemiyasının olacağı barədə səhnələr yer alıb.

Vüsalə Babaşova