-
- 20-06-2024, 23:30
- 353
FETÖ-dən Baydenə məktub - İDDİA
Təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, FETÖ daxilindən gələn etiraflar, FETÖ lideri Fətullah Gülənin sağlamlıq vəziyyəti və başqa evə qaçırılması təşkilat daxilindəki çatların daha da dərinləşməsinə səbəb olub.
News24.az xəbər verir ki, təşkilat üzvləri öz gündəmlərini dəyişmək üçün indi 15 iyul uğursuz çevriliş cəhdinin səkkizinci ildönümünə günlər qalmış ABŞ prezidenti Co Baydenə məktub təqdim etməyə hazırlaşırlar. Üstəlik, ABŞ Konqresinin bəzi üzvləri də hazırlanmış məktuba öz töhfələrini veriblər.
Son zamanlar FETÖ daxilində artan daxili çəkişmələr, edilən etiraflar və təşkilat lideri Fətullah Gülənin xəstəliyindən sonra adam oğurluğu iddiaları təşkilat daxilində parçalanmaya səbəb olub. Təşkilat üzvləri arasında bağlılıq və inam getdikcə azalıb və parçalanmalar yaranmağa başlayıb.
Təşkilatın yüksək rəhbərliyi bu parçalanmanın qarşısını almaq üçün hər cür səy göstərib. Fətullah Gülənin səhhətinin “yaxşı” olduğunu sübut etmək üçün keçmiş foto və canlı yayımlanan görüntülər paylaşılıb. Quruma mənsub jurnalistlər təşkilat rəhbərinin səfərinin görüntülərini yayıblar.
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, FETÖ indi yeni yol axtarır və Türkiyə əleyhinə ABŞ prezidenti Baydenə məktub yazıb.
Günel Məlikzadə