Öldüyü deyilən Fətullah Gülənin paylaşımı GÜNDƏM OLDU - FOTO
    • 5-06-2024, 10:52
    • 476

Öldüyü deyilən Fətullah Gülənin paylaşımı GÜNDƏM OLDU - FOTO

ABŞ tərəfindən Türkiyəyə ekstradisiya olunduğu xəbəri təkzib edilən FETÖ lideri Fətullah Gülənin son fotosu ortaya çıxıb. Terror təşkilatının internet saytında yayımlanan fotoda Gülənin stulda əyləşdiyi və yorğan geyindiyi görülüb. FETÖ liderinin tükənməsi diqqətdən yayınmasa da, yayımlanan foto Gülənin xəstəliyinin irəlilədiyi iddialarını da gücləndirib.

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyəyə ekstradisiya edildiyi iddiaları təhlükəsizlik mənbələri tərəfindən təkzib edilən Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin yeni fotosu ortaya çıxıb.

ABŞ-ın FETÖ lideri Fətullah Güləni Türkiyəyə təhvil verdiyi və onun təyyarəsinin Türkiyəyə doğru getdiyi iddia edilib. Təhlükəsizlik mənbələri gündəmə bomba kimi düşən iddianı təkzib edərək xəbərin həqiqətə uyğun olmadığını açıqlayıb.

Terror təşkilatı daxilində qarşıdurmaların olduğu iddia edilərkən FETÖ lideri Gülənin yeni fotosu yayımlanıb. Terror təşkilatının internet saytında yayımlanan fotoda terrorçu Gülənin stulda əyləşdiyi və yorğan geyindiyi görülüb. FETÖ liderinin tükənməsi diqqətdən yayınmasa da, yayımlanan foto Gülənin xəstəliyinin irəlilədiyi iddialarını da gücləndirib.

Aqil Qarayev