İstanbulda FETÖ əməliyyatı - Fətullah Gülənin qardaşı oğlu həbs edildi
    • 14-07-2023, 12:45
    • 611

İstanbulda FETÖ əməliyyatı - Fətullah Gülənin qardaşı oğlu həbs edildi

FETÖ terror təşkilatının (FETÖ) lideri Fətullah Gülənin qardaşı oğlu Selman Gülən, həyat yoldaşı Nur Gülən, qayınatası Bəkir Öztürk və qayınanası Mine Öztürk MİT-in keçirdiyi əməliyyatda saxlanılıb.

News24.az
"Hürriyet"ə istinadən xəbər verir ki, əməliyyat İstanbul Respublika Baş Prokurorluğu, MİT və İstanbul Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən həyata keçirilib.

Şübhəlilər nəzarətə götürülüb. Onların Fətullah Gülənin göstərişi ilə FETÖ-nün dərnək və vəqflərində rəhbər vəzifələr tutduqları, əməliyyatda olanlarla əlaqə saxladıqları müəyyən edilib. Təşkilatın rəhbərinin qardaşı oğlu Selman Gülənin FETÖ/PDY-nin indiki maliyyə strukturunda hələ də fəaliyyət göstərdiyi öyrənilib.

Qumral Əliyeva