Güclü külək bu şəhərdə ağacları aşırdı: Xəsarət alanlar var
    • 20-06-2024, 21:43
    • 411

Güclü külək bu şəhərdə ağacları aşırdı: Xəsarət alanlar var


Mingəçevir şəhərində güclü külək nəticəsində bir neçə ağac aşıb.

News24.az xəbər verir ki, hadisə şəhərin müxtəlif ərazilərində qeydə alınıb.

Küləyin ağacları aşırması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, hadisə nəticəsində nəqliyyat vasitələrinə də zərər dəyib. ("Report")